Bu ilin I yarısında Azərbaycan 8 milyon ABŞ dolları dəyərində 6 min 259 ton makaron məmulatları (kuskusdan başqa) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 %, kəmiyyət olaraq – 18 % azdır.
Hesabat dövründə Azərbaycan Türkiyədən 4,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6,5 % azdır) 4 min 297 ton (-19 %), Rusiyadan 2,7 milyon ABŞ dolları dəyərində (-23 %) 1 min 411 ton (-22 %), İtaliyadan 476,8 min ABŞ dolları dəyərində (+84 %) 253,2 ton (+87 %), Ukraynadan 370 min ABŞ dolları dəyərində (+72 %) 166,4 ton (+71 %), Gürcüstandan 49,6 min ABŞ dolları dəyərində 12 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.
2022-ci ildə Azərbaycana (33 ölkədən) idxal edilmiş 17 min ton makaron məmulatının 70 %-i Türkiyənin payına düşüb.