Azərbaycan İtaliyadan elektrik sayğacı alışını 100 dəfə artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 3,2 milyon ABŞ dolları dəyərində 123 min 62 ədəd elektrik enerjisi sayğacı gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4,4 dəfə, kəmiyyət olaraq – 2,2 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 2,35 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 15 dəfə çoxdur) 41 min 828 ədəd (+3 dəfə), Türkiyədən 764,4 min ABŞ dolları dəyərində (+42 %) 80 min 787 ədəd (+88 %), Rusiyadan 29,5 min ABŞ dolları dəyərində (+87 %) 242 ədəd (+86 %), İtaliyadan 9,9 min ABŞ dolları dəyərində (+99 dəfə) 200 ədəd (+100 dəfə) və Fransadan 0,4 min ABŞ dolları dəyərində 5 ədəd (bir il əvvəl tədarük olmayıb) cihaz alıb.

2022-ci ildə Azərbaycanın (13 ölkədən) idxal edilmiş 283 min 713 ədəd elektrik sayğacın 62 %-i Türkiyənin, 37,6 %-i Çinin payına düşüb.

Digər xəbərlər