Bu ilin yanvar-iyun aylarında Azərbaycandan xarici ölkələrə 6,72 milyon ABŞ dolları dəyərində 1 milyon 686 min kvadratmetr cilalanmış şüşə ixrac edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 13 %, kəmiyyət olaraq – 7 % azdır.
Hesabat dövründə Azərbaycan Ukraynaya 3,5 milyon ABŞ dolları dəyərində (+81 %) 851 min kvadratmetr (+90 %), Türkiyəyə 2 min ABŞ dolları dəyərində (-33 %) 534 min kvadratmetr (-28 %), İrlandiyaya 792 min ABŞ dolları dəyərində (+18 dəfə) 195 min kvadratmetr (+28 dəfə), Polşaya 210,42 min ABŞ dolları dəyərində (-70 %) 49 min kvadratmetr (-75 %), Gürcüstana 100 min ABŞ dolları dəyərində (-89 %) 23,43 min kvadratmetr (-89 %) məhsul satıb.
2022-ci ildə Azərbaycandan (17 ölkəyə) ixrac edilən 4,16 milyon kvadratmetr cilalanmış şüşənin 45,3 %-i Ukraynanın payına düşüb.