Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyluşu 39 % azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda xarici müəssisə və təşkilatlar əsas kapitala 988,4 milyon manat vəsait yönəldib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39 % azdır.

Bu il xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 959,8 milyon manatı (97,1 %-i) Böyük Britaniya, İsveçrə, ABŞ, Yaponiya, Türkiyə, Norveç, Rusiya, İran, Hindistan və Malayziya sərmayədarlarına məxsus olub.

Bu ilin yanvarında xarici müəssisə və təşkilatlar əsas kapitala 296,1 milyon manat, fevralda 264,2 milyon manat, mart ayında 203,8 milyon manat, aprel ayında isə 224,4 milyon manat vəsait yönəldib ki, bu da, ötən ilin müvafiq ayları ilə müqayisədə 14,5 %, 15,7 %, 2,3 dəfə və 2,2 dəfə azdır. Aylar üzrə xarici müəssisə və təşkilatların əsas kapitala yönəltdiyi vəsaitlərin ümumi investisiyalardakı payı 45 %, 38,7 %, 18,5 % və 18,1% təşkil edib.

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34