Azərbaycan iki ölkəyə kərə yağı ixracını bərpa edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 51,4 milyon ABŞ dolları dəyərində 9 min 276 ton kərə yağı idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18 %, kəmiyyət olaraq – 17 % azdır.

Azərbaycan Yeni Zelandiyadan 23,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20 % azdır) 3 min 763 ton (-18 %), İrandan 14,5 milyon ABŞ dolları dəyərində (-10 %) 3 min 380 ton (-9 %), Ukraynadan 5,15 milyon ABŞ dolları dəyərində (+8,2 %) 920 ton (+20 %), Belarusdan 2,7 milyon ABŞ dolları dəyərində (-7 %) 409 ton (-9 %), Finlandiyadan 2,55 milyon ABŞ dolları dəyərində (-30 %) 358 ton (-45 %) kərə yağı alıb.

Hesabat dövründə Azərbaycan 5,1 milyon ABŞ dolları dəyərində (+3,7 dəfə) 886 ton (+3,8 dəfə) kərə yağı ixrac edib.

Azərbaycan Rusiyaya 5 milyon ABŞ dolları dəyərində (+6,8 dəfə) 880 ton (+6,3 dəfə), İraqa 42,5 min ABŞ dolları dəyərində 4,8 ton və Gürcüstana 6,2 min ABŞ dolları dəyərində 1,11 ton kərə yağı satıb.

Azərbaycan 6 ilin tamamında Gürcüstana, 1 il 8 aylıq aradan sonra İraqa tədarükü bərpa edib.

Digər xəbərlər