Bu ilin ilk 9 ayında Azərbaycana 4,25 milyon ABŞ dolları dəyərində 5 min 414 ton şveller idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 9,5 %, kəmiyyət olaraq – 31 % çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 2,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 82 % çoxdur) 3 min 614 ton (+88 %), Rusiyadan 1,22 milyon ABŞ dolları dəyərində (-14 %) 1 min 455 ton (+4,6 %), Türkiyədən 286 min ABŞ dolları dəyərində (-63 %) 286 ton (-52 %), Almaniyadan 54 min ABŞ dolları dəyərində (+3,6 dəfə) 17,2 ton (+4,5 dəfə), Böyük Britaniyadan 38 min ABŞ dolları dəyərində (+46 %) 7,74 ton (+43 %) məmulat alıb.
Azərbaycan 2 il 8 aylıq fasilənin ardından Lüksemburqdan (2,2 min ABŞ dolları dəyərində 0,44 ton) və 2 il 1 aylıq aradan sonra İtaliyadan (0,75 min ABŞ dolları dəyərində 0,13 ton) şveller alışını bərpa edib.
2022-ci ildə Azərbaycana (14 ölkədən) idxal edilən 5 min 605 ton şvellerin 54,8 %-i İranın, 28,4 %-i Rusiyanın payına düşüb.