Azərbaycan iki ölkədən mebel tədarükünü bərpa edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycana xarici ölkələrdən 6,671 milyon ABŞ dolları dəyərində 28 min 286 ədəd mebel (ağacdan mətbəx, yataq və sair) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 29 % çoxdur, kəmiyyət olaraq – 12,2 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyədən 4,774 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 40 % çoxdur) 20 min 622 ədəd (-6,4 %), İtaliyadan 994 min ABŞ dolları dəyərində (+52 %) 1 min 562 ədəd (+3,5 dəfə), Rusiyadan 232,2 min ABŞ dolları dəyərində (+32 %) 2 min 485 ədəd (+52 %), Belarusdan 197 min ABŞ dolları dəyərində (+8,8 %) 900 ədəd (-4 %), Çindən 148,5 min ABŞ dolları dəyərində (-60 %) 1313 ədəd (-73,4 %) məhsul alıb.

Dörd il 3 aylıq fasilənin ardından Finlandiyadan (0,19 min ABŞ dolları dəyərində 50 ədəd), 1 il 2 aylıq aradan sonra Koreyadan (1,91 min ABŞ dolları dəyərində 1 ədəd) mebel tədarükü bərpa edilib.

Digər xəbərlər