Bu ilin yanvar-mart aylarında Azərbaycana xarici ölkələrdən 17,425 milyon ABŞ dolları dəyərində 3 min 307 ton qara çay gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 16 %, kəmiyyət olaraq – 7,9 % çoxdur.
Hesabat dövründə Azərbaycan Şri-Lankadan 14,39 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5,4 % çoxdur) 2 min 639 ton (-3,5 %), Rusiyadan 1,572 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 266 ton (+3,4 dəfə), Hindistandan 783 min ABŞ dolları dəyərində (+95 %) 222 ton (+96,5 %), Vyetnamdan 230 min ABŞ dolları dəyərində (+43 %) 102,4 ton (+21,4 %), İrandan 130 min ABŞ dolları dəyərində (+5 dəfə) 23 ton (+2,7 dəfə) məhsul gətirib.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycana (26 ölkədən) idxal edilən 14,2 min ton qara çayın 81,7 %-i Şri-Lankanın, 8 %-i Rusiyanın, 5,8 %-i Hindistanın payına düşüb.