Azərbaycan Hindistan və BƏƏ-dən xardal toxumu alışını bərpa edib

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 27 min ABŞ dolları dəyərində 19,4 ton xardal toxumu idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,4 dəfə, kəmiyyət olaraq – 3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 20,6 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 89 % çoxdur) 16 ton (+2,5 dəfə), Hindistandan 5,9 min ABŞ dolları dəyərində 3,4 ton və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 0,03 min ABŞ dolları dəyərində 0,01 ton məhsul alıb.

Azərbaycan 4 il 4 aylıq fasilənin ardından BƏƏ-dən və 1 il 6 aylıq aradan sonra Hindistandan tədarükü bərpa edib.

Digər xəbərlər