Bu ilin I rübündə Azərbaycana xarici ölkələrdən 10,825 milyon ABŞ dolları dəyərində 7 min 734 ton dondurulmuş toyuq əti idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 21 %, kəmiyyət olaraq 23 % çoxdur.
Hesabat dövründə Azərbaycana Ukraynadan 5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 16 % azdır) 3 min 597 ton (-21 %), Rusiyadan 4 milyon ABŞ dolları dəyərində (+2,1 dəfə) 2 min 766 ton (+2,8 dəfə), Belarusdan 833,7 min ABŞ dolları dəyərində (+2,3 %) 611 ton (+2,7 %), Gürcüstandan 625,25 min ABŞ dolları dəyərində (+4 dəfə) 300,4 ton (+2,9 dəfə), İrandan 302 min ABŞ dolları dəyərində 460 ton (bir il əvvəl tədarük olmayıb) məhsul gətirilib.
2022-ci ildə Azərbaycana (13 ölkədən) idxal edilmiş 31 min 411 ton dondurulmuş toyuq ətinin 58 %-i Ukraynanın, 20,4 %-i Rusiyanın payına düşüb.