Azərbaycan Gürcüstanda əsas investor olaraq qalır

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycan bu ilin birinci yarısında Gürcüstana 224,2 mln. dollar investisiya qoyub. 

"Report" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,3% azdır. 

Ümumilikdə Gürcüstan iqtisadiyyatına birbaşa xarici invesitisiyaların 36,6%-i Azərbaycanın payına düşür. İnvestisiyalar əsasən nəqliyyat və rabitə, energetika, tikinti sektoruna qoyulub. 

İlk üçlükdə Azərbaycandan sonra Niderland (12,4%) və Türkiyə (11,3%) sıralanıb. 

Digər xəbərlər