Azərbaycan Gürcüstana mineral məhsul ixracatçıları siyahısında 2-ci olub

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 300,52 milyon ABŞ dolları dəyərində mineral məhsul idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən 10 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstana mineral məhsul tədarük edən ölkələr (63) sırasında 2-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 1,447 milyard ABŞ dolları dəyərində mineral məhsul alıb ki, bu da bir il əvvəlki göstəricidən 25 % azdır.

O cümlədən, Gürcüstan Rusiyadan 605 milyon ABŞ dolları dəyərində, Ermənistandan 182 milyon ABŞ dolları dəyərində, Rumıniyadan 100 milyon ABŞ dolları dəyərində, Türkiyədən 55 milyon ABŞ dolları dəyərində mineral məhsul idxal edib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan xaricdən 2,964 milyard ABŞ dolları dəyərində mineral məhsul alıb ki, bunun da 483 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

Digər xəbərlər