Bu ilin yanvar ayında Azərbaycana 3,514 milyon ABŞ dolları dəyərində 11 min 856 ədəd mebel (ağacdan mətbəx, yataq və sair) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 22 % çoxdur, kəmiyyət olaraq – 38 % azdır.
Hesabat dövründə Azərbaycan Türkiyədən 2,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 36 % çoxdur) 7 min 794 ədəd (-33 %), İtaliyadan 637 min ABŞ dolları dəyərində (+60 %) 1 min 335 ədəd (+7 dəfə), Belarusdan 121 min ABŞ dolları dəyərində (+29 %) 458 ədəd (-40 %), Rusiyadan 93 min ABŞ dolları dəyərində (+50 %) 574 ədəd (-30 %), Çindən 76 min ABŞ dolları dəyərində (-78 %) 911 ədəd (-79 %) məhsul alıb.
Dörd il 3 aylıq fasilənin ardından Finlandiyadan (0,19 min ABŞ dolları dəyərində 50 ədəd) mebel tədarükü bərpa edilib.