Bu ilin ilk ayında Azərbaycan xarici ölkələrdən 93 min ABŞ dolları dəyərində 71,14 ton sarıkök idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6,6 dəfə, kəmiyyət olaraq – 6,6 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Hindistandan 52,7 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 dəfə çoxdur) 39 ton (+4 dəfə), İrandan 39,1 min ABŞ dolları dəyərində (+57 dəfə) 31,92 ton (+56 dəfə) və Türkiyədən 1,2 min ABŞ dolları dəyərində (+12 dəfə) 0,22 ton (+11 dəfə) məhsul alıb.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycana (7 ölkədən) idxal edilən 529,22 ton sarıkökün 52,3 %-i İranın, 46 %-i Hindistanın payına düşüb.