Azərbaycan əsas tədarük bazarından traktor idxalını kəskin artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 24,29 milyon ABŞ dolları dəyərində 1 min 89 ədəd traktor idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 81 %, kəmiyyət olaraq – 2,3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Niderlanddan 7,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 dəfə çoxdur) 339 ədəd (+3,8 dəfə), Almaniyadan 5 milyon ABŞ dolları dəyərində (+2,7 dəfə) 266 ədəd (+2,7 dəfə), Belarusdan 4,81 milyon ABŞ dolları dəyərində (+4,7 dəfə) 200 ədəd (+4 dəfə), İsveçdən 4,2 milyon ABŞ dolları dəyərində (+4,7 dəfə) 193 ədəd (+4,1 dəfə), Gürcüstandan 747 min ABŞ dolları dəyərində (-12,8 %) 32 ədəd (+2 dəfə) texnika alıb.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycana (18 ölkədən) xaricdən gətirilən 4 min 695 ədəd traktorun 26,7 %-i Niderlandın, 25,6 %-i Almaniyanın payına düşüb.

Digər xəbərlər