Azərbaycan əsas tədarük bazarından soya yağı alışını 4,5 dəfə artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xaricdən 1,4 milyon ABŞ dolları dəyərində 1 min 199 ton soya yağı alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,3 dəfə, kəmiyyət olaraq – 3,4 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 1,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,9 dəfə çoxdur) 1 min 173 ton (+4,5 dəfə) və Türkiyədən 46,2 min ABŞ dolları dəyərində (+32 %) 25,6 ton (+7 %) məhsul gətirib.

2022-ci ildə Azərbaycana (3 ölkədən) idxal edilmiş 1 min 833 ton soya yağının 88,3 %-i Rusiyanın payına düşüb.

Digər xəbərlər