Bu ilin yanvar ayında Azərbaycan 3,3 milyon ABŞ dolları dəyərində 320 min 448 ədəd akkumulyator idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 23 %, kəmiyyət olaraq – 71 % çoxdur.
Hesabat dövründə Qazaxıstandan 732,4 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 63 % çoxdur) 20 min 806 ədəd (+51,6 %), Türkiyədən 720 min ABŞ dolları dəyərində (+15 %) 16 min 399 ədəd (+0,8 %), Çindən 452 min ABŞ dolları dəyərində (-46 %) 271 min 440 min ədəd (+98 %), Sloveniyadan 254 min ABŞ dolları dəyərində 360 ədəd (bir il əvvəl tədarük olmayıb), Vyetnamdan 211,3 min ABŞ dolları dəyərində (+16 dəfə) 1 min 657 ədəd (+31 %) məhsul alıb.
2022-ci ildə Azərbaycana (52 ölkədən) idxal olunan 1 milyon 636 min ədəd akkumulyatorun 65,8 %-i Çinin payına düşüb.