2023-cü ildə Azərbaycan 5,6 milyon ABŞ dolları dəyərində 3 min 211 ton lak və boya ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 73 %, kəmiyyət olaraq – 36 % çoxdur.
Hesabat dövründə Azərbaycandan Rusiyaya 1,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 dəfə çoxdur) 281 ton (+2,5 dəfə), Gürcüstana 1,7 milyon ABŞ dolları dəyərində (+42 %) 1 min 431 ton (+27 %), Özbəkistana 1 milyon ABŞ dolları dəyərində (+29 %) 455 ton (+37 %), Qırğızıstana 642 min ABŞ dolları dəyərində (+16 %) 500 ton (-0,2 %), İraqa 335 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 402 ton (+2,4 dəfə) məhsul göndərilib.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Danimarkaya (0,4 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük həyata keçirilib.