Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 32,75 milyon ABŞ dolları dəyərində 3 min 627 ton elektrik naqili (1 000 V-dan çox olmayan/çox gərginlik üçün) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,6 %, kəmiyyət olaraq – 3,4 % çoxdur.
Azərbaycan Türkiyədən 8,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 29 % azdır) 1 min 279 ton (-21 %), Çindən 7 milyon ABŞ dolları dəyərində (+44 %) 1 min ton (+47 %), İtaliyadan 4,12 milyon ABŞ dolları dəyərində (+3,5 dəfə) 335,1 ton (+4,3 dəfə), Böyük Britaniyadan 3,2 milyon ABŞ dolları dəyərində (+54 %) 90,4 ton (+64 %), Amerika Birləşmiş Ştatlarından 2,21 milyon ABŞ dolları dəyərində (-16 %) 24 ton (-45 %) naqil alıb.
Hesabat dövründə Azərbaycandan 10,1 milyon ABŞ dolları dəyərində (+2 dəfə) 2 min 582 ton (+2,4 dəfə) elektrik naqili ixrac edilib.
Azərbaycan Belarusa 3,82 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 1 min 48 ton (+3,2 dəfə), Gürcüstana 2,76 milyon ABŞ dolları dəyərində (+95 %) 842 ton (+2,2 dəfə), Ukraynaya 1,95 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 455 ton (+3,6 dəfə), Türkiyəyə 308 min ABŞ dolları dəyərində (+15 dəfə) 53 ton (+34 dəfə), Rumıniyaya 262 min ABŞ dolları dəyərində (+115 dəfə) 41 ton (+1 366 dəfə) naqil satıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Albaniyaya (104,7 min ABŞ dolları dəyərində 16,5 ton) və Moldovaya (0,1 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük həyata keçirilib.