Azərbaycan daha iki ölkədən hibrid avtomobil idxal etməyə başlayıb

Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 66,2 milyon ABŞ dolları dəyərində 3 min 47 ədəd hibrid (daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri) avtomobil gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,5 dəfə çoxdur, kəmiyyət olaraq – 3 % azdır.

Hesabat dövründə Azərbaycan Almaniyadan 20,63 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 17 dəfə çoxdur) 317 ədəd (+12 dəfə), Yaponiyadan 17,22 milyon ABŞ dolları dəyərində (-1 %) 1 min 767 ədəd (-37 %), Çindən 10,9 milyon ABŞ dolları dəyərində (+8 dəfə) 351 ədəd (+5 dəfə), Amerika Birləşmiş Ştatlarından 7,8 milyon ABŞ dolları dəyərində (+64,5 %) 298 ədəd (+81 %), Koreyadan 4,9 milyon ABŞ dolları dəyərində (+11 dəfə) 188 ədəd (+6,7 dəfə) hibrid avtomobil alıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belçikadan (121,84 min ABŞ dolları dəyərində 3 ədəd) və Amerika Samoasından (23 min ABŞ dolları dəyərində 1 ədəd) tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycana (15 ölkədən) idxal edilən 11 min 337 ədəd hibrid avtomobilin 78,4 %-i Yaponiyanın payına düşüb.

Digər xəbərlər