Bu ilin I yarısında Azərbaycan xaricdən 24,5 milyon ABŞ dolları dəyərində 22 min 476 ton günəbaxan yağı alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 24 %, kəmiyyət olaraq – 2 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 23,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20 % azdır) 22 min 80 ton (+16,3 %), Türkiyədən 454,2 min ABŞ dolları dəyərində (-30 %) 257,9 ton (-12 %), Ukraynadan 147,4 min ABŞ dolları dəyərində (+5,8 %) 80,6 ton (+4,5 %), İtaliyadan 86,2 min ABŞ dolları dəyərində (+65,4 %) 31,4 ton (+45 %), Qazaxıstandan 31 min ABŞ dolları dəyərində 20,6 ton məhsul gətirib.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qazaxıstan və Slovakiyadan (0,5 min ABŞ dolları dəyərində 0,1 ton) tədarük həyata keçirilib.