Bu ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 23,8 milyon ABŞ dolları dəyərində 568 ədəd elektromobil gətirilib.
"Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 8,1 dəfə, kəmiyyət olaraq – 6,2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 16,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14 dəfə çoxdur) 447 ədəd (+15 dəfə), Almaniyadan 5,4 milyon ABŞ dolları dəyərində (+8 dəfə) 59 ədəd (+6,6 dəfə), Amerika Birləşmiş Ştatlarından 1,3 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 35 ədəd (+2,7 dəfə), Belçikadan 259 min ABŞ dolları dəyərində (-33 %) 4 ədəd (-33,4 %), Niderlanddan 131 min ABŞ dolları dəyərində 2 ədəd avtomobil alıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Honkoqdan (99 min ABŞ dolları dəyərində 2 ədəd) və Niderlanddan tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana xaricdən (14 ölkədən) gətirilmiş 486 ədəd elektromobilin 61 %-i Çinin payına düşüb.