Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 33,8 milyon ABŞ dolları dəyərində 73 min 310 ton alüminium oksidi (əsasən alüminium istehsalında aralıq məhsul kimi istifadə olunur) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 23 % azdır, kəmiyyət olaraq – 5 % çoxdur.
Hesabat dövründə Azərbaycan İndoneziyadan 13,3 milyon ABŞ dolları dəyərində 28 min 806 ton, Yamaykadan 11,1 milyon ABŞ dolları dəyərində 24 min 891 ton (bir il əvvəl tədarük olmayıb), Avstraliyadan 6,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 65 % azdır) 14 min 274 ton (-54 %), Yunanıstandan 2,4 milyon ABŞ dolları dəyərində (-40 %) 5 min 197 ton (-29 %), Türkiyədən 70,2 min ABŞ dolları dəyərində (+79 %) 130,1 ton (+38 %) məhsul alıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Danimarkadan (3 min ABŞ dolları dəyərində 0,3 ton) və İndoneziyadan tədarük həyata keçirilib.