Bu ilin yanvar ayında Azərbaycan 7,11 milyon ABŞ dolları dəyərində 645 ədəd yük avtomobili idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 40 % azdır, kəmiyyət olaraq – 30 % çoxdur.
Hesabat dövründə Azərbaycan Almaniyadan 4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9 % çoxdur) 419 ədəd (+8 %), Yaponiyadan 960 min ABŞ dolları dəyərində (-24 %) 43 ədəd (+87 %), Çindən 958 min ABŞ dolları dəyərində (-75 %) 143 ədəd (+88 %), İspaniyadan 512 min ABŞ dolları dəyərində 6 ədəd (bir il əvvəl tədarük olmayıb), Rusiyadan 128,5 min ABŞ dolları dəyərində (+8,5 %) 6 ədəd (+6 dəfə) yük avtomobili alıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Macarıstandan tədarük (9 min ABŞ dolları dəyərində 1 ədəd) həyata keçirilib.