Bu ilin yanvar ayında Azərbaycana xaricdən 66,5 min ABŞ dolları dəyərində 48,21 ton portağal şirəsi gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 13 %, kəmiyyət olaraq – 65,7 % çoxdur.
Hesabat dövründə Rusiyadan 45,1 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,2 dəfə çoxdur) 35,2 ton (+3,1 dəfə), İsraildən 13,2 min ABŞ dolları dəyərində 6,24 ton (bir il əvvəl tədarük olmayıb), Avstriyadan 5,5 min ABŞ dolları dəyərində 5 ton (bir il əvvəl tədarük olmayıb), İtaliyadan 1,9 min ABŞ dolları dəyərində 1 ton (bir il əvvəl tədarük olmayıb), Belarusdan 0,5 min ABŞ dolları dəyərində 0,5 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alınıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Latviyadan (0,3 min ABŞ dolları dəyərində 0,3 ton) tədarük həyata keçirilib.