Azərbaycan daha bir ölkədən makaron tədarük etməyə başlayıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 14,2 milyon ABŞ dolları dəyərində 11 min 663 ton makaron məmulatları (kuskusdan başqa) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 16 %, kəmiyyət olaraq – 15 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyədən 7,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14 % azdır) 7 min 763 ton (-18 %), Rusiyadan 5 milyon ABŞ dolları dəyərində (-26 %) 2 min 956 ton (-8 %), Ukraynadan 717 min ABŞ dolları dəyərində (+35 %) 331 ton (+40 %), İtaliyadan 640 min ABŞ dolları dəyərində (+42 %) 324 ton (+38 %), Qazaxıstandan 142,4 min ABŞ dolları dəyərində (-43 %) 36 ton (-49 %) məhsul alıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Oman (1,2 min ABŞ dolları dəyərində 0,16 ton) Azərbaycana tədarük həyata keçirib.

2022-ci ildə Azərbaycana (33 ölkədən) idxal edilmiş 17 min ton makaron məmulatlarının 70 %-i Türkiyənin payına düşüb.

Digər xəbərlər