Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 7,56 min ABŞ dolları dəyərində 1,17 ton küncüt yağı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 62 %, kəmiyyət olaraq – 54 % azdır.
Hesabat dövründə Azərbaycan Çindən 2,42 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 75 % azdır) 0,53 ton (-64 %), İtaliyadan 1,71 min ABŞ dolları dəyərində 0,09 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyadan 1,65 min ABŞ dolları dəyərində (-58 %) 0,25 ton (-60 %), Sinqapurdan 1,06 min ABŞ dolları dəyərində 0,23 ton, Meksikadan 0,34 min ABŞ dolları dəyərində (-85 %) 0,04 ton (-78 %) məhsul alıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Sinqapurdan tədarük həyata keçirilib.