Azərbaycan daha bir ölkədən günəbaxan yağı almağa başlayıb

Bu ilin yanvar ayında Azərbaycan xaricdən 7,4 milyon ABŞ dolları dəyərində 6 min 109 ton günəbaxan yağı alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 61 %, kəmiyyət olaraq – 87 % çoxdur.

Hesabat dövründə Rusiyadan 7,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 57,1 % çoxdur) 5 min 952 ton (+84 %), Ukraynadan 147,4 min ABŞ dolları dəyərində 81 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 75,4 min ABŞ dolları dəyərində (+18,4 %) 48,1 ton (+48 %), Qazaxıstandan 31 min ABŞ dolları dəyərində 20,6 ton, İtaliyadan 24,4 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 8,1 ton (+2,1 dəfə) məhsul gətirilib.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qazaxıstandan tədarük həyata keçirilib.

Digər xəbərlər