Azərbaycan daha 4 ölkədən əncir tədarük etməyə başlayıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 168 min ABŞ dolları dəyərində 49 ton əncir (təzə və ya qurudulmuş) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,4 dəfə, kəmiyyət olaraq – 2,7 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 156,6 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,3 dəfə çoxdur) 47 ton (+2,6 dəfə), İsraildən 5,3 min ABŞ dolları dəyərində 1,5 ton, Braziliyadan 1,5 min ABŞ dolları dəyərində (+76 %) 0,1 ton (+56 %), Lüksemburqdan 2,3 min ABŞ dolları dəyərində 0,1 ton (bir il əvvəl tədarük olmayıb), İrandan 1 min ABŞ dolları dəyərində (-53 %) 0,2 ton (-70 %) əncir alıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Cənubi Afrikadan (0,3 min ABŞ dolları dəyərində 0,03 ton), İspaniyadan (0,2 min ABŞ dolları dəyərində 0,01 ton), Maltadan (0,5 min ABŞ dolları dəyərində 0,02 ton) və İsraildən tədarük həyata keçirilib.

Digər xəbərlər