Bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 28 milyon ABŞ dolları dəyərində 87 min 191 ədəd soyuducu gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 41,3 %, kəmiyyət olaraq – 58 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 8,333 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 63 % çoxdur) 31 min 941 ədəd (+64 %), Çindən 5,57 milyon ABŞ dolları dəyərində (+2 dəfə) 21 min 325 ədəd (+3 dəfə), Tailanddan 4,32 milyon ABŞ dolları dəyərində (-28 %) 7 min 838 ədəd (-38 %), Türkiyədən 4,11 milyon ABŞ dolları dəyərində (+28 %) 12 min 749 ədəd (+57,5 %), Hindistandan 1,7 milyon ABŞ dolları dəyərində (+5 dəfə) 4 min 121 ədəd (+5,2 dəfə) məhsul alıb.
2022-ci ildə Azərbaycana (34 ölkədən) idxal edilmiş 140 min 486 ədəd soyuducunun 29 %-i Rusiyanın, 21,8 %-i Tailandın, 18,1 %-i Türkiyənin, 13,8 %-i Çinin payına düşüb.