Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 88 milyon ABŞ dolları dəyərində 4 min 474 ədəd hibrid (daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri) avtomobil gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,4 dəfə, kəmiyyət olaraq – 7,7 % çoxdur.
Hesabat dövründə Azərbaycan Almaniyadan 26 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9,4 dəfə çoxdur) 396 ədəd (+8,3 dəfə), Yaponiyadan 26 milyon ABŞ dolları dəyərində (+15,2 %) 2 min 827 ədəd (-23 %), Çindən 14,5 milyon ABŞ dolları dəyərində (+11 dəfə) 483 ədəd (+7 dəfə), Amerika Birləşmiş Ştatlarından 9,3 milyon ABŞ dolları dəyərində (+46 %) 377 ədəd (+64 %), Koreyadan 5,3 milyon ABŞ dolları dəyərində (+5,8 dəfə) 210 ədəd (+3,9 dəfə) hibrid avtomobil alıb.
2022-ci ildə Azərbaycana (15 ölkədən) idxal edilmiş 155,4 milyon ABŞ dollarlıq hibrid avtomobillərin 44,3 %-i Yaponiyanın, 21,1 %-i Amerika Birləşmiş Ştatlarının, 20,6 %-i Almaniyanın payına düşüb.