2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 37,22 milyon ABŞ dolları dəyərində 17 min 711 ton şirin quru peçenye idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20 %, kəmiyyət olaraq – 13 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 15 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 21 % çoxdur) 4 min 477 ton (+4 %), Rusiyadan 6,82 milyon ABŞ dolları dəyərində (-6 %) 3 372 ton (+8,7 %), İrandan 6 milyon ABŞ dolları dəyərində (+15 %) 7 min 343 ton (+14 %), Ukraynadan 2,7 milyon ABŞ dolları dəyərində (+34 %) 1 min ton (+28 %), Qazaxıstandan 1,9 milyon ABŞ dolları dəyərində (+47 %) 499 ton (+26 %) məhsul alıb.
Azərbaycan 3 il 10 ayın tamamında Çindən (0,46 min ABŞ dolları dəyərində 0,03 ton), 1 il 11 aylıq fasilənin ardından Portuqaliyadan (1 min ABŞ dolları dəyərində 0,14 ton) və 1 il 8 aylıq aradan sonra Hindistandan (0,71 min ABŞ dolları dəyərində 0,16 ton) tədarük bərpa edilib.
2022-ci ildə Azərbaycana (34 ölkədən) idxal edilmiş 34,5 milyon ABŞ dolları dəyərində peçenyenin 39,5 %-i Türkiyənin, 23,1 %-i Rusiyanın, 16,5 %-i İranın payına düşüb.