Bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 10,59 milyon ABŞ dolları dəyərində 4 milyon 22 min ədəd ağac, kol və kolluq (yeməli bar gətirən) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 27 %, kəmiyyət olaraq – 2 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 6,222 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 30,4 % çoxdur) 2 milyon 702 min ədəd (+19 %), İtaliyadan 1,572 milyon ABŞ dolları dəyərində (+51 %) 319 min ədəd (+51 %), Yunanıstandan 703,22 min ABŞ dolları dəyərində (+17,4 %) 375 min ədəd (+2,2 dəfə), Niderlanddan 639,45 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 93,65 min ədəd (-62,5 %), Fransadan 503,3 min ABŞ dolları dəyərində (-40 %) 100,8 min ədəd (-30 %) məhsul alıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Çexiyadan (44,12 min ABŞ dolları dəyərində 9 min ədəd) tədarük həyata keçirilib.