Azərbaycan Cənubi Koreyadan qreyder alışını bərpa edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrdən 1,65 milyon ABŞ dolları dəyərində 17 ədəd qreyder və planlaşdırıcı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 78 %, kəmiyyət olaraq – 75 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 1,41 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 75 % azdır) 15 ədəd (-71 %), Braziliyadan 207,6 min ABŞ dolları dəyərində (-42 %) 1 ədəd (-50 %) və Koreya Respublikasından 30 min ABŞ dolları dəyərində 1 ədəd texnika alıb.

Azərbaycan 11 il 3 aylıq aradan sonra Cənubi Koreyadan tədarükü bərpa edib.

2022-ci ildə Azərbaycana (7 ölkədən) idxal edilmiş 91 ədəd qreyder və planlaşdırıcının 72,5 %-i Çinin payına düşüb.

Digər xəbərlər