Ötən il Azərbaycan 26,5 milyon ABŞ dolları dəyərində 29 min 890 ton polivinilxlorid (PVC) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 11 % azdır, kəmiyyət olaraq – 25 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 13,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 18 % azdır) 16 min 470 ton (+30 %), Amerika Birləşmiş Ştatlarından (ABŞ) 6,9 milyon ABŞ dolları dəyərində (+2,4 dəfə) 7 min 739 ton (+4,5 dəfə), İrandan 4,4 milyon ABŞ dolları dəyərində (-35 %) 4 min 454 ton (-37 %), Türkiyədən 1,2 milyon ABŞ dolları dəyərində (+0,08 %) 931 ton (+47,3 %), Koreya Respublikasından 114 min ABŞ dolları dəyərində 88 ton məhsul alıb.
Azərbaycan 1 il 11 aylıq fasilənin ardından Koreya Respublikasından tədarükü bərpa edib.
2022-ci ildə Azərbaycana (12 ölkədən) idxal edilmiş 23 min 851 ton polivinilxloridin 53 %-i Rusiyanın payına düşüb.