Bu ilin I yarısında Azərbaycana 2,26 milyon ABŞ dolları dəyərində 1 milyon 79 min 61 ədəd günəş eynəyi idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,2 dəfə, kəmiyyət olaraq – 2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 1,321 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,7 dəfə çoxdur) 1 milyon 55 min 728 ədəd (+2,1 dəfə), İtaliyadan 719 min ABŞ dolları dəyərində (+86 %) 8 min 672 ədəd (+2,3 dəfə), Yaponiyadan 96 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 381 ədəd (+2,7 dəfə), Türkiyədən 42 min ABŞ dolları dəyərində (-25 %) 10 min 552 ədəd (-18 %), Amerika Birləşmiş Ştatları 23,34 min ABŞ dolları dəyərində (+21 dəfə) 3 min 216 ədəd (+7 %) məhsul alıb.
Azərbaycan 2 il 8 aylıq fasilənin ardından Cənubi Koreyadan (0,77 min ABŞ dollar dəyərində 27 ədəd) tədarükü bərpa edib.
2022-ci ildə Azərbaycana (18 ölkədən) idxal edilən 701 min 791 ədəd günəş eynəyinin 96,3 %-i Çinin payına düşüb.