Bu ilin yanvar-fevral aylarında Azərbaycana xarici ölkələrdən 5,714 milyon ABŞ dolları dəyərində 609 min 663 ədəd akkumulyator idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 1,29 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 33,4 % çoxdur) 30 min 227 ədəd (+18,2 %), Çindən 985,32 min ABŞ dolları dəyərində (-7,6 %) 516 min 650 ədəd (+2,6 dəfə), Qazaxıstandan 858,27 min ABŞ dolları dəyərində (-24 %) 24 min 716 ədəd (-29 %), Rusiyadan 447,2 min ABŞ dolları dəyərində (+17,3 %) 6 min 839 ədəd (-16,6 %), Vyetnamdan 314,59 min ABŞ dolları dəyərində (+8,3 dəfə) 12 min 410 ədəd (+4,2 dəfə) məhsul alıb.
Üç il 1 aylıq fasilənin ardından Azərbaycan Braziliyadan (0,04 min ABŞ dolları dəyərində 3 ədəd) akkumulyator tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycana (52 ölkədən) idxal olunan 1 milyon 636 min ədəd akkumulyatorun 65,8 %-i Çinin payına düşüb.