Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici öılələrdən 1,54 milyon ABŞ dolları dəyərində 431 ton istiot idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3,6 % azdır, kəmiyyət olaraq – 1,7 % çoxdur.
Hesabat dövründə Azərbaycan Vyetnamdan 819,11 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 % azdır) 212,36 ton (+8 %), Türkiyədən 246 min ABŞ dolları dəyərində (-32 %) 61 ton (-45 %), Çindən 161 min ABŞ dolları dəyərində (+8 dəfə) 51 ton (+22 dəfə), Hindistandan 116 min ABŞ dolları dəyərində (+66 %) 53 ton (+89 %), Braziliyadan 67 min ABŞ dolları dəyərində (+6 dəfə) 16,8 ton (+7 dəfə) istiot alıb.
2022-ci ildə Azərbaycana (26 ölkədən) idxal edilmiş 737,5 ton istiotun 38,5 %-i Vyetnamın, 24,4 %-i Türkiyənin payına düşüb.