Azərbaycan Böyük Britaniyaya qurğuşun tədarükünü bərpa edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan xaricə 12,6 milyon ABŞ dolları dəyərində 6 min 154 ton qurğuşun göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6 %, kəmiyyət olaraq – 8 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyəyə 12,25 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7 % çoxdur) 5 min 985 ton (+8 %), Böyük Britaniyaya 282 min ABŞ dolları dəyərində 144 ton və Sinqapura 45,6 min ABŞ dolları dəyərində (-80 %) 233,4 ton (-80 %) məhsul satıb.

Azərbaycan 2 il 5 aylıq fasilənin ardından Böyük Britaniyaya tədarükü bərpa edib.

Digər xəbərlər