Azərbaycan Belçikadan qızılbalıq idxal etməyə başlayıb

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycana 4,4 milyon ABŞ dolları dəyərində 607 ton qızılbalıq idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,2 %, kəmiyyət olaraq – 8,2 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çilidən 2,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 26 % çoxdur) 330 ton (+26 %), Norveçdən 818 min ABŞ dolları dəyərində (-12 %) 128 ton (-7 %), Ukraynadan 706 min ABŞ dolları dəyərində (-9 %) 51 ton (-11 %), Lüksemburqdan 360 min ABŞ dolları dəyərində (-22 %) 17 ton (-35 %), Belçikadan 89 min ABŞ dolları dəyərində 4,98 ton qızılbalıq alıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belçikadan tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycana (20 ölkədən) idxal edilmiş 786 ton qızılbalığın 48,4 %-i Çilinin, 20,9 %-i Norveçin, 13,1 %-i Ukraynanın payına düşüb.

Digər xəbərlər