Bu ilin yanvar-aprel aylarında Azərbaycan 1,35 milyon ABŞ dolları dəyərində 805 ton günəbaxan yağı ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 7 %, kəmiyyət olaraq – 21 % azdır.
Hesabat dövründə Azərbaycan İraqa 695,64 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6 % çoxdur) 393,62 ton (+29 %), Gürcüstana 654,73 min ABŞ dolları dəyərində (+3 %) 410,95 ton (+4,2 %), Belarusa 0,7 min ABŞ dolları dəyərində 0,3 ton və Səudiyyə Ərəbistanına 0,01 min ABŞ dolları dəyərində 0,01 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
Azərbaycan 3 il 9 aylıq fasilənin ardından Belarusa günəbaxan yağının tədarükünü bərpa edib.
2024-cü ildə Azərbaycandan 9 ölkəyə ixrac edilmiş 4 min ton günəbaxan yağının 67,3 %-i İraqın payına düşüb.