Bu ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 23,322 milyon ABŞ dolları dəyərində 2 min 368 ədəd sistern (yükün daşınması üçün yedək və yarımyedək) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 2,2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Almaniyadan 18,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur) 1 min 881 ədəd (+2,2 dəfə), Polşadan 1,63 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 175 ədəd (+2,3 dəfə), Niderlanddan 837 min ABŞ dolları dəyərində (+24 dəfə) 58 ədəd (+15 dəfə), Türkiyədən 794,2 min ABŞ dolları dəyərində (-47 %) 59 ədəd (-30 %), Fransadan 492,2 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 51 ədəd (+96 %) məhsul alıb.
Azərbaycan 7 il 5 aylıq fasilənin ardından Birləşmiş Ərəb Əmirliklərindən (53 min ABŞ dolları dəyərində 6 ədəd) tədarükü bərpa edib.
2022-ci ildə Azərbaycana (26 ölkədən) idxal edilmiş 3 min 357 ədəd sisternin 78 %-i Almaniyanın payına düşüb.