Azərbaycan "Asienbrücke" Assosiasiyası ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, regional tərəfdaşlığın təşviqi imkanları nəzərdən keçirilib.

"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Mikayıl Cabbarovun "Asienbrücke" Assosiasiyasının prezidenti və İdarə Heyətinin sədri Andreas Şoyer ilə videokonfrans formatında keçirilən görüşündə aparılıb.

Görüşdə Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, regional tərəfdaşlığın təşviqi və qarşılıqlı biznes əlaqələrinin daha da gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Tərəflər investisiya qoyuluşları, enerji layihələri, logistika və tranzit imkanları, yaşıl enerji, rəqəmsal iqtisadiyyat və sənaye əməkdaşlığı da daxil olmaqla bir sıra prioritet sahələrdə əməkdaşlıq perspektivlərini dəyərləndiriblər.

Qeyd edək ki, "Asienbrücke" Almaniya və Avropa ilə Asiya ölkələri arasında iqtisadi, siyasi və sosial körpü qurmağı hədəfləyən beynəlxalq assosiasiyadır. Assosiasiya biznes dairələri, dövlət qurumları və ictimai təşkilatları bir araya gətirərək tərəfdaşlıq layihələrinin təşviqi, investisiya imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyət göstərir. Təşkilat enerji, ticarət, logistika, innovasiya və regional inkişaf sahələrində çoxşaxəli əməkdaşlıq platforması yaradır.

Digər xəbərlər