Azərbaycan Argentinadan noxud alışını bərpa edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən 742,4 min ABŞ dolları dəyərində 855,1 ton qurudulmuş noxud gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 61,7 %, kəmiyyət olaraq – 67 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 282,5 min ABŞ dolları (bir il əvvəlki göstəricidən 55 % azdır) dəyərində 611 ton (-66 %), Meksikadan 185,72 min ABŞ dolları (-72 %) dəyərində 96,4 ton (-78 %), Türkiyədən 109,2 min ABŞ dolları dəyərində (-4 %) 68,13 ton (-14 %), Macarıstandan 58,38 min ABŞ dolları dəyərində 25,57 ton (bir il əvvəl tədarük olmayıb), Almaniyadan 44,1 min ABŞ dolları dəyərində (-83 %) 12,41 ton (-87,2 %) məhsul alıb.

Azərbaycan 2 il 2 aylıq fasilənin ardından Argentinadan (38,44 min ABŞ dolları dəyərində 22 ton) noxud tədarükünü bərpa edib.

Digər xəbərlər