Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 7,42 milyon ABŞ dolları dəyərində 2 min ton toyuq ətindən hazır və ya konservləşdirilmiş məhsul idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18 %, kəmiyyət olaraq – 16 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 2,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 46 % azdır) 800 ton (-26 %), Macarıstandan 1,5 milyon ABŞ dolları dəyərində (+8 dəfə) 242 ton (+6,5 dəfə), Almaniyadan 1,4 milyon ABŞ dolları dəyərində (+15 dəfə) 247 ton (+14 dəfə), Belarusdan 900 min ABŞ dolları dəyərində (-30 %) 341 ton (-17 %), Ukraynadan 800 min ABŞ dolları dəyərində (+2 dəfə) 251 ton (+2 dəfə) məhsul alıb.
2022-ci ildə Azərbaycana (11 ölkədən) idxal edilmiş 2 min 608 ton konservləşdirilmiş toyuq ətinin 51,4 %-i Rusiyanın payına düşüb.