Azərbaycan Almaniyadan ketçup tədarükünü kəskin artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 1,9 milyon ABŞ dolları dəyərində 1 min 200 ton ketçup idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 26 %, kəmiyyət olaraq – 9 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 905,82 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 1 % azdır) 567,46 ton (-11 %), Türkiyədən 432,62 min ABŞ dolları dəyərində (+22 %) 282,57 ton (-1 %), Almaniyadan 232,43 min ABŞ dolları dəyərində (+9 dəfə) 97,1 ton (+6,5 dəfə), Qazaxıstandan 134 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 118,71 ton (+2,2 dəfə), Portuqaliyadan 55,7 min ABŞ dolları dəyərində 40,72 ton (2 ildən sonra tədarük bərpa edilib) məhsul alıb.

2022-ci ildə Azərbaycana (22 ölkədən) idxal edilmiş 4,44 milyon ABŞ dolları dəyərində ketçupun 54 %-i Rusiyanın, 25,2 %-i Türkiyənin, 5,5 %-i Almaniyanın, 5,3 %-i Qazaxıstanın payına düşüb.

Digər xəbərlər