Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 37,8 milyon ABŞ dolları dəyərində 1 min 815 ədəd hibrid (daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri) avtomobil gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,3 dəfə çoxdur, kəmiyyət olaraq – 11 % azdır.
Hesabat dövründə Azərbaycan Almaniyadan 12,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 29 dəfə çoxdur) 197 ədəd (+16 dəfə), Yaponiyadan 9,9 milyon ABŞ dolları dəyərində (-20 %) 1 min 77 ədəd (-43 %), Amerika Birləşmiş Ştatlarından 5,8 milyon ABŞ dolları dəyərində (+85,2 %) 211 ədəd (+90 %), Çindən 4,4 milyon ABŞ dolları dəyərində 151 ədəd (bir il əvvəl tədarük olmayıb), Koreyadan 2,9 milyon ABŞ dolları dəyərində (+20 dəfə) 113 ədəd (+7 dəfə) hibrid avtomobil alıb.
2022-ci ildə Azərbaycana (15 ölkədən) idxal edilən 11 min 337 ədəd hibrid avtomobilin 78,4 %-i Yaponiyanın payına düşüb.