Bu ilin yanvar-avqust aylarında Azərbaycana 5 milyon ABŞ dolları dəyərində 33 ədəd eskalator və hərəkət edən piyada səkisi idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 dəfə çoxdur, kəmiyyət olaraq – 20 % azdır.
Hesabat dövründə Azərbaycan Almaniyadan 3,22 milyon ABŞ dolları dəyərində 11 ədəd, Slovakiyadan 1,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,8 dəfə çoxdur) 8 ədəd (+60 %) və Çindən 280 min ABŞ dolları dəyərində (-73 %) 14 ədəd (-61 %) eskalator alıb.
Azərbaycan 3 il 7 aylıq fasilənin ardından Almaniyadan eskalator tədarükünü bərpa edib.