Bu ilin ilk 7 ayında Azərbaycana 925,16 min ABŞ dolları dəyərində 109,41 ton püstə idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 41 %, kəmiyyət olaraq - 20 % çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 447,5 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 2 % azdır) 60,87 ton (-4 %), Türkiyədən 404,42 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 40 ton (+48 %), Amerika Birləşmiş Ştatlarından (ABŞ) 72,88 min ABŞ dolları dəyərində (+17 dəfə) 8,49 ton (+17 dəfə) və Almaniyadan 0,34 min ABŞ dolları dəyərində (-35 %) 0,02 ton (-33 %) püstə alıb.
2022-ci ildə Azərbaycana (7 ölkədən) idxal edilmiş 192 ton püstənin 72,4 %-i İranın, 25,6 %-i Türkiyənin payına düşüb.