2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 4,2 milyon ABŞ dolları dəyərində 3 min 239 ton hindtoyuğu əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 66,4 %, kəmiyyət olaraq – 58,5 % çoxdur.
Hesabat dövründə Azərbaycan Braziliyadan 1,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5 dəfə çoxdur) 1 min 602 ton (+4 dəfə), Rusiyadan 951 min ABŞ dolları dəyərində (+16 %) 347 ton (+16 %), Portuqaliyadan 470 min ABŞ dolları dəyərində (+5 %) 352 ton (-0,3 %), Kanadadan 385 min ABŞ dolları dəyərində (+44 %) 547 ton (+44 %), Türkiyədən 204 min ABŞ dolları dəyərində (-15 %) 212 ton (-31 %) məhsul alıb.
Azərbaycan 2 il 7 aylıq fasilənin ardından Amerika Birləşmiş Ştatlarından (ABŞ) (0,4 min ABŞ dolları dəyərində 0,02 ton) tədarükü bərpa edib.
2022-ci ildə Azərbaycana (14 ölkədən) idxal edilmiş 2,8 milyon ABŞ dolları dəyərində hindtoyuğu ətinin 29,6 %-i Rusiyanın, 16,2 %-i Portuqaliyanın, 14,8 %-i Türkiyənin, 13,2 %-i Braziliyanın, 12,2 %-i Kanadanın payına düşüb.